21 
Okt
2020
13:06
1054
22
5532
Virtual karabakh

Dmitri Kornev: “Azərbaycan Qarabağda bu gün gələcəyin müharibəsini aparır” - MÜSAHİBƏ

21 Okt, 2020
13:06
5532

Dmitri Kornev: “Azərbaycan Qarabağda bu gün gələcəyin müharibəsini aparır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya ölkələrinin hərbi mütəxəssisləri Qarabağda hərbi əməliyyatları diqqətlə öyrənir və Azərbaycanın XXI əsrin müharibəsini göstərdiyini qeyd edirlər.

Rusiyalı hərbi ekspert, “MilitaryRussia” saytının qurucusu Dmitri Kornev Media.Az-a verdiyi müsahibədə XXI əsr müharibəsini qiymətləndirib.

- Qarabağdakı hərbi əməliyyatların təcrübəsini öyrənən bir çox mütəxəssis belə qərara gəlib ki, PUA-ların göydə hakim olduğu müasir müharibədə keçən əsr və hətta bu əsrin əvvəllərində olan müharibələrdəki zirehli texnikaların istifadəsi aktual deyil.

-Bu müharibənin gedişində gördüklərimiz həqiqətən ənənəvi silahlı qüvvələrin istifadəsini şübhə altına alır. Söhbət həm zirehli texnikadan, həm də piyadalardan gedir. Həqiqətən, nisbətən ucuz üsulla hədəfləri vura bilərsiniz. Düşmənin demoralizasiya faktoru da var, yerdəki hədəflərin məhv edilməsinə dair videolar yayımlandığı zaman buna müqavimət göstərmək mümkün deyil. Quru qüvvələr ciddi bir problemlə qarşılaşır - kiçik ölçülü PUA-larla necə davranmaq olar? Bu çağırışa cavab vermədən, piyada və motorlu birləşmələrin istifadəsi olduqca təsirsiz olacaq.

- Hələ 2016-cı ilin aprel ayında dörd gün davam edən döyüş əməliyyatlarından sonra da hərbi mütəxəssislər Azərbaycan ordusunun kamikadze PUA-larından istifadə qaydalarını araşdırdılar. PUA-lar indi görünməmiş miqyasda istifadə olunur.

- Həqiqətən də, mövcud münaqişədə kamikadze dronların istifadəsi onların yüksək səmərəliliyini göstərir və bu da öyrəniləcək. Həm də əks tədbirlərin - radioelektron mübarizənin istifadəsi öyrəniləcək. İndi belə vasitələrin çox təsirli olmadığını görürük. Əlbəttə ki, adi PUA-lara da diqqət yetiriləcək.

Axı kamikadze dronların işi kəşfiyyat sayəsində və adi PUA ilə müşayiət edildiyi zaman mümkündür.

Bunların hamısı indi baxdığımız gələcəyin müharibəsinin üç əsas məqamıdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri