21 
Okt
2020
17:20
1557
40
5125
Virtual karabakh

Britaniyada Qarabağ döyüşlərinə dəstək üçün maraqlı aksiya - FOTO/VİDEO

21 Okt, 2020
17:20
5125

Britaniyada Qarabağ döyüşlərinə dəstək üçün maraqlı aksiya - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın mərkəzi Londonda Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu yerli vətəndaşlara tanıtmaq üçün sosial layihə həyata keçirilib.

Belə ki, “Facebook” və “Instagram” sosial şəbəkələrində fəaliyyətə başlayan “Karabakh” səhifələrinin müəllifləri tərəfindən London küçələrinə üzərində iri hərflərlə “Karabakh is Azerbaijan” yazıları olan promo avtomobillər buraxılıb.

Həmin avtomobillər Londonun mərkəzi küçə və prospektləri boyu hərəkət edərək insanlara Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə apardığı barədə məlumat verib. Bu aksiya London sakinləri, şəhərdə olan turistlər və jurnalistlər tərəfindən maraqla qarşılanıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri