22 
Okt
2020
10:02
93
2043
20498
Virtual karabakh

MN: Ermənistan Qəbələ, Kürdəmir və Siyəzənə altı raket atıb

22 Okt, 2020
10:02
20498

MN: Ermənistan Qəbələ, Kürdəmir və Siyəzənə altı raket atıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmən tərəfindən saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində üç raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində iki raket və Kürdəmir rayonu istiqamətində bir raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri