24 
Okt
2020
11:50
1315
21
1905
Virtual karabakh

İlham Əliyev: “Gəncəyə edilən hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar”

“Türkiyənin F-16 qırıcı təyyarələri toqquşmalar başlamazdan öncə birgə hərbi təlimdə iştirak edirdilər, onlar yerdədir, səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılıb və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar”.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Ermənistanın Gəncəni guya F-16 qırıcı təyyarələrinə görə bombardıman etdiyi barədə iddialarını təkzib edərkən bildirib.

Bunun feyk xəbər olduğunu vurğulayan dövlətimizin başçısı deyib:

“Hesab edirəm ki, indi hər kəs bunun Ermənistan tərəfindən feyk xəbər olduğunu başa düşür. Lakin bu (Su-25 məsələsi-red.), münaqişənin ilk günlərində, sentyabrda baş verib. Lakin onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Bu, birincisi. İkincisi, ballistik raket Ermənistanın ərazisindən buraxılıb və böyük ölkələr buna asanlıqla nəzarət edə bilərlər. Onlar raketin haradan buraxıldığını və raketin hədəfinin nədən ibarət olduğunu bilirlər”.

Prezident İlham Əliyev qeyd edib ki, raketin hədəfi mülki şəxslərə zərbə endirmək idi. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Bu, beynəlxalq terror əməli idi, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi.

“Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar”, - deyə Prezident vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri