24 
Okt
2020
20:03
1097
45
4284
Virtual karabakh

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb - FOTO/VİDEO

24 Okt, 2020
20:03
4284

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat payalaşıb.

Oktyabrın 24-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verib.

Brifinqdə qonaqlara Ermənistanın münaqişədə birbaşa iştirakı, Ermənistanın Gorus və Qafan rayonlarından Azərbaycanın Qubadlı və Laçın rayonlarının ərazilərinin, Ağdərə rayonunun işğal altında olan ərazilərindən Goranboy, Tərtər və Naftalan rayonlarında yaşayan Azərbaycan mülki əhalisinin və infrastrukturunun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs rejiminin kobud şəkildə pozması haqqında ətraflı məlumat verilib. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri