26 
Okt
2020
13:46
1097
29
4327
Virtual karabakh

Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir

26 Okt, 2020
13:46
4327

Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın siyasi-hərbi rəhbərliyi bic vərdişlərindən və əməllərindən əl çəkmir, çəkməyəcək də. Döyüşlərdə hər yeni məğlubiyyətə uğradıqdan sonra, kritik vəziyyətlə üzləşən kimi Paşinyan havadarlarına üz tutub kömək dilənir. Oktyabr ayında məhz onun yalvar-yaxarından sonra, Moskvada iki dəfə humanitar atəşkəs elan olundu. Hər ikisində razılığı xaincəsinə Paşinyanın özü pozdu. Hər dəfəsində də, razılıqdan heç bir gün keçməmiş, Gəncə şəhəri Ermənistan ərazisindən atılan raket zərbələrinə məruz qoyuldu.

Paşinyanın bu müddətdə törətdiyi müharibə cinayətləri nəticəsində 60-dan çox mülki vətəndaşımız həyatını itirib, 300-ə yaxın mülki şəxs yaralanıb.

Üçüncü humanitar atəşkəs razılığı isə Vaşinqtonda elan olundu. Məgər şəhərlərin adları, atəşkəsə ev sahibliyi etmiş ölkə başçılarının soyadları dəyişəndə, Paşinyanların, Tonoyanların, Sarkisyanların, yaxud Ermənistan siyasi-hərbi  hakimiyyətində təmsil olunan başqa “yan”-ların xisləti dəyişəcəkmi? Dəyişməyəcək! Rəsmi məlumat da bunu təsdiq edir: bu gün saat 08:04-dən Ermənistan silahlı qüvvələri Tərtər rayonunu və kəndlərini atəşə tutur, 08:05-dən isə artilleriya və minaatanlarla qüvvələrimizə hücum edir.

Üçüncü humanitar atəşkəs də Ordumuzun növbəti hərbi uğurundan, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğalçılardan azad edildikdən sonra elan olundu. Elə bil ki, avantürist Paşinyan hakimiyyətinə  kimlərsə bilərəkdən nəfəslik açır, siyasi ömrünü uzatmaq və tam məğlubiyyətini ertələmək üçün ona vaxt qazandırır. Riyakar Ermənistan hakimiyyəti isə bundan istifadə edir, əlavə canlı qüvvə və silah-sursat toplayır. Kimlərinsə ifadəsinin arxasında qalan siyasi ünvanlar məgər cəmiyyətimiz üçün hələ də gizlidirmi? Xeyr, artıq gizli deyil, onlar özlərini bəyanat və əməlləri ilə çoxdan ifşa ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində etdiyi çıxışında  açıq şəkildə bildirdi ki:

“Bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və İrəvana nə vaxt gəlib və içində nə var”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri də Vaşinqtondan Dağlıq Qarabağla bağlı növbəti birgə bəyanatlarını yayıblar. Onların arasında “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa və tərəfsiz vasitəçilik öhdəliyinə zidd bəyanatı verən Fransa da var. Belə olan halda, cəmiyyətimiz bu cür bəyanatlara yenidən güvənə bilərmi?!

Prezident İlham Əliyev Müdafiə Nazirliyindəki operativ müşavirədə çıxışında “Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür” fikirlərini açıq şəkildə bildirərkən bütövlükdə Azərbaycan xalqının iradəsini və gözləntisini ifadə edirdi.

Vasitəçilərin növbəti bəyanatından da sui-istifadə edib humanitar atəşkəs razılığını artıq üçüncü dəfədir ki, pozan işğalçıya heç bir inam ola bilməz.

Allah Prezidentimizə, Ordumuza, Xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri qorusun!

Milli Məclisin deputatı                                                         

Ülvi Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri