26 
Okt
2020
18:06
1505
29
7469
Virtual karabakh

Politoloq: “Azərbaycanın ərazilərini azad etmək hüququna sahib olduğunu erməni əsgərlər anlayırlar” - MÜSAHİBƏ

26 Okt, 2020
18:06
7469

Politoloq: “Azərbaycanın ərazilərini azad etmək hüququna sahib olduğunu erməni əsgərlər anlayırlar” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əlbəttə ki, hazırkı şəraitdə Qarabağ münaqişəsi ilə bağlı əvvəlki razılaşmalardan,“Madrid prinsiplərindən” danışmağın bir mənası yoxdur. Azərbaycan status-kvonu dəyişdirdi, indi vəziyyət tamamilə fərqlidir.  Mən Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı səsləndirdiyi fikirlərlə razıyam”.

Bu sözləri Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi elmlər və Sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Media.Az-a öz müsahibəsində deyib.

“Güclərin tamamilə fərqli nizamı yaranıb. Azərbaycan ordusu bir sıra bölgələri azad etdi və Azərbaycan-İran sərhədində nəzarəti ələ aldı. Artıq mənim əvvəllər dəfələrlə danışdığım keçmiş formullara müraciət etməyə dəyməz. Azərbaycan əzmkarlığı ilə göstərdi ki, Ermənistan özünü məhv edən yolu tutdu. İrəvan, yeri gəlmişkən, müəyyən dərəcədə onun öz maraqlarına da cavab verən sülh nizamlanma planı ilə vaxtında razılaşsa idi, mövcud vəziyyət olmazdı”, - deyə ekspert vurğulayıb.

Həmsöhbətimizin fikrinə görə, İrəvan xəsisliyinin bəhrəsini görür.

“Artıq qan töküldü, Azərbaycan bu əraziləri əsgərlərinin, vətəndaşlarının həyatı hesabına azad etdi və sona qədər gedəcək. Ermənistanla Dağlıq Qarabağ arasındakı “Laçın dəhlizi” bağlanmaq üzrədir. Beləliklə, indi Azərbaycan tərəfinin öz ərazilərini erməni işğalçılarından tamamilə azad edilməsindən danışırıq, bəzi mütəxəssislərin təqdim etdiyi kimi Ermənistana hücumdan yox.

“İşğal altındakı Azərbaycan torpaqlarında erməni əsgərləri ölməyə davam edir. Ancaq onlar vətənləri uğrunda mübarizə aparmırlar, işğal etdikləri əraziləri qoruyub saxlamaq üçün göndəriliblər. Mənə elə gəlir ki, onlar Azərbaycanın öz ərazilərini azad etmək hüququna sahib olduğunu başa düşürlər”, - deyə politoloq A. Perenciyev bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri