26 
Okt
2020
19:22
2222
53
3435
Virtual karabakh

Siz bir çox dövlət başçılarına liderlik dərsi verdiniz - Ali Baş Komandana MÜRACİƏTLƏR

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətandaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Müraciət edənlər Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun tez bir zamanda bütün torpaqlarımızı erməni işğalından qurtaracağına əmin olduqlarını qeyd edirlər.

Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda prezidentin bir çox dövlət başçılarına liderlik dərsi verdiyi vurğulanır. Azərbaycan xalqının Ali Baş Komandanının bir çağırışı ilə onun ətrafında yumruq kimi birləşdiyi qeyd edilir.

Məktublarda həmçinin Prezident İlham Əliyevin öz sevgi dolu qəlbi ilə bütün çətinlikləri aşaraq, fəxarətlə xalqımızın xidmətində dayandığı bildirilir.

Prezidentə müraciətlərdə dövlət başçısının davamlı fəaliyyətinin bundan sonra da ölkəmizin müasirləşməsi, inkişafı, rifah halının yüksəlməsi, dünyada onun rolununun möhkəmlənməsinə gətirib çıxaracağı vurğulanır.

Azərbaycan xalqı bildirir ki, Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” deyərək həddini aşanlara həddini bildirir - Paşinyana isə cavabını verir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri