28 
Okt
2020
11:15
754
20
3563
Virtual karabakh

Yuri Mavaşev: “Ancaq Azərbaycan vasitəçilərin tərkibini müəyyən etmək hüququna malikdir” - MÜSAHİBƏ

28 Okt, 2020
11:15
3563

Yuri Mavaşev: “Ancaq Azərbaycan vasitəçilərin tərkibini müəyyən etmək hüququna malikdir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı hesab edir ki, ATƏT-in Minsk Qrupunun bəzi həmsədr ölkələri obyektiv deyilsə, nizamlama prosesində iştirak etməməlidirlər. Bəlkə də “2+2” formatını (Türkiyə-Azərbaycan + Rusiya-Ermənistan) yenidən xatırlatmağa dəyər?

Müasir Türkiyənin Öyrənilməsi Mərkəzinin rəhbəri Yuri Mavaşev Media.Az-a verdiyi müsahibədə bu məsələni şərh edib.

Onun sözlərinə görə, “2+2” formatı realdır, amma İranın iştirakı ilə “2+2+1” formatı daha da realdır.

Ekspert İranın Qarabağ probleminin həlli ilə bağlı xüsusi elçisi Abbas Əraqçini Moskvaya, Bakıya və İrəvana göndərməsini də bu sözlərinin təsdiqi adlandırdı:

“Beşlik formatı daha faydalı olardı, çünki İranın aktivlik göstərəcəyi aydındır. Bunu rəsmiləşdirmək və beləliklə regional oyunçuların təsirini tarazlaşdırmaq olar”.

Mövcud vəziyyətdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı məsələyə gəldikdə isə müsahib Azərbaycan Prezidenti İlham Əliyevin realist olduğunu və Minsk qrupunun işləmədiyini açıq şəkildə göstərdiyini deyib.

Yuri Mavaşev Rusiya prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskovun Ankaranın Qarabağ nizamlanmasında yalnız Bakı və İrəvanın razılığı ilə iştirak edə biləcəyi ilə bağlı dediklərinə də münasibət bildirib. O, müharibənin Azərbaycan ərazisində getdiyini qeyd edərək, danışıqlar prosesində vasitəçilərin formatını və tərkibini təyin etməyin də məhz Bakının haqqı olduğunu bildirib.

“Hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığına görə qərarına görə də heç kim Bakıdan inciməməlidir”, - deyə mərkəzin rəhbəri vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri