29 
Okt
2020
12:29
1004
41
8338
Virtual karabakh

Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi

29 Okt, 2020
12:29
8338

Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 28-də düşmənin Bərdəyə raket zərbələri endirməsindən dərhal sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan “Twitter” hesabında bunu danaraq, “cəfəngiyyat və yalan” olduğunu yazmışdı.

Nüfuzlu “Züddoyçe Saytunq” (Süddeutsche Zeitung) nəşri isə əsl yalançının Ermənistan tərəfi olduğunu ifşa edib.

Qəzetin yazdığına görə, zərbə anında alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözləri ilə görüblər:

“Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu barədə deyilənlərin cəfəng olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözlərilə görüblər. Həmin vaxt Bərdə ətrafı ərazilər, o cümlədən, qonşu Tərtər şəhəri də artilleriya atəşinə tutulurdu”.

Nəşr, həmçinin, Bərdədə mülki əhalinin, qadın və uşaqların qətlə yetirilməsini qınayıb.

Qeyd edilib ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağda yaradılan qondarma qurumu heç özü də tanımır. Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistanın Bərdəyə raket hücumu nəticəsində 21 mülki şəxs həlak olub, 60-dan çox dinc sakin yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri