29 
Okt
2020
18:06
1028
36
2193
Virtual karabakh

Ceyhun Bayramov: “Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında maraqlı deyil”

Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında maraqlı deyil.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə verdiyi müsahibəsində belə deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən etibarən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarını uğurla həyata keçirməsinə və ərazilərini işğaldan azad etməsinə baxmayaraq, Bakı humanitar barışığa razılıq verdi.

“Oktyabrın 10-da Moskvada qəbul edilən ortaq bəyanat, sonra oktyabrın 18-də Fransanın vasitəçiliyi və daha sonra oktyabrın 24-də ABŞ-ın vasitəçiliyi ilə təsdiqləndi. Ermənistan təcili humanitar barışıqla bağlı bütün bu razılaşmaları kobud şəkildə pozdu. Aydındır ki, Ermənistan münaqişənin danışıqlar yolu ilə həll olunmasında maraqlı deyil. Ermənistanın baş naziri açıq şəkildə bəyan etdi ki, münaqişənin diplomatik həlli yoxdur”, - deyə C.Bayramov vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri