29 
Okt
2020
19:10
1062
38
4054
Virtual karabakh

Prezidentin köməkçisi: “Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz” - FOTO

29 Okt, 2020
19:10
4054

Prezidentin köməkçisi: “Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Ermənistanın Bərdə şəhərində dinc əhalini atəşə tutmasına münasibət bildirib.

Bu barədə Fuad Ələsgərov “Twitter” hesabında yazıb.

“Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Bərdə şəhərindəki hədəflərini açıqladı və bununla da şəhərə iki gün ərzində endirilən raket hücumlarını qəbul etdi. Dinc əhaliyə açıq şəkildə böyük əzablar verildi, 25 nəfər öldürüldü, 70-dən çox yaralı var.  Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz”, - deyə F.Ələsgərov bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri