12 
Noy
2020
00:38
761
40
2693
Virtual karabakh

İƏT Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam ziyarətgahlarının dağıdılmasından narahatlığını ifadə edib

12 Noy, 2020
00:38
2693

İƏT Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam ziyarətgahlarının dağıdılmasından narahatlığını ifadə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirib.

Bu barədə İƏT-in bəyanatında bildirilib. 

Maddi və mənəvi dəyərlərin qəsdən dağıdılması və talan edilməsi, xüsusən Qubadlı rayonunun bu yaxınlarda azad edilmiş Məmər kəndindəki məscidin dağıdılması, həmçinin tarixin qanunsuz mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur.

İşğal olunmuş ərazilərdəki çoxəsrlik irs obyektlərindən sui-istifadə beynəlxalq hüququn və konvensiyaların, məhz Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının, ona əlavə edilmiş 1954 və 1999-cu illər protokollarının açıq şəkildə pozulmasıdır.

İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında “İslamın tarixi və mədəni irsini tamamilə məhv etmək məqsədi ilə erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında törədilən barbar hərəkətləri pisləyən” “İslamın müqəddəs yerlərinin qorunması haqqında" 3/46-C saylı qətnaməni qəbul edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri