22 
Noy
2020
15:56
644
19
2345
Virtual karabakh

Prezidentin köməkçisindən xarici diplomatların Füzuliyə aparılması məqsədi ilə bağlı AÇIQLAMA

22 Noy, 2020
15:56
2345

Prezidentin köməkçisindən xarici diplomatların Füzuliyə aparılması məqsədi ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda fəaliyyət göstərən xarici diplomatları buraya - Füzuli rayonuna ona görə gətirdik ki, onlar erməni vəhşiliyini, vandalizmini öz gözləri ilə görsünlər”.

Report xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, bu səfər əvvəllər mümkün deyildi:

“Çünki biz fiziki olaraq bura gələ bilmirdik. Ermənilər burada hər şeyi darmadağın ediblər. Diplomatları buraya ona görə gətirdik ki, bu vəhşilikləri öz gözləri ilə görsünlər. Bundan əvvəl jurnalistləri də gətirmişdik.

İndi isə diplomatları gətirdik. Məqsədimiz ermənilərin azərbaycanlılara, Azərbaycan tarixinə, mədəniyyətinə qarşı hansı vandalizm aktlarını törətdiklərini bütün dünyaya göstərməkdir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri