24 
Noy
2020
16:44
964
23
5092
Virtual karabakh

Prezidentdən Bərdə-Ağdam dəmiryolunun tikintisi ilə bağlı SƏRƏNCAM

24 Noy, 2020
16:44
5092

Prezidentdən Bərdə-Ağdam dəmiryolunun tikintisi ilə bağlı SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb.

Bu barədə Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.

Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb.

Müvafiq məbləğdə maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək.

İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun bölgüsündə dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri