25 
Noy
2020
12:04
736
13
3766
Virtual karabakh

Prezident Azərbaycan xalqını təbrik etdi

25 Noy, 2020
12:04
3766

Prezident Azərbaycan xalqını təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

“Əziz kəlbəcərlilər, gözünüz aydın olsun. 

Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı səbirsizliklə gözləyirdi.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdi. Günahsız insanlar öz dədə-baba torpaqlarından vəhşicəsinə qovulmuşdu. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdu”, - deyə Prezident bildirib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri