25 
Noy
2020
13:09
475
21
909
Virtual karabakh

Ceyhun Bayramov: “Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət edən ölkədir”

25 Noy, 2020
13:09
909

Ceyhun Bayramov: “Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət edən ölkədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və tolerantlıq ənənəsinə sahib olan çoxmillətli bir ölkədir. 

Xarici İşlər Nazirliyinin (XİN) verdiyi məlumata əsasən, bu sözləri Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində jurnalistin sualını cavablandırarkən deyib. 

Jurnalistin Azərbaycanın nəzarətində olan xristian abidələri, xüsusən də Xudavəng monastırı ilə bağlı verdiyi sualı nazir Ceyhun Bayramov belə cavablandırıb:

“Azad edilmiş ərazilərdəki bütün dini-tarixi abidələr dövlət tərəfindən qorunacaq. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və tolerantlıq ənənəsinə sahib olan çoxmillətli bir ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Həmin icma ölkəmizdə fəal rol oynayır. Onun kilsələri, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam şəkildə qorunur.

Təsadüfi deyil ki, Papa Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı ölkəmizi dini tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian irsini yalnız öz sərhədləri çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid yeddi kilsənin bərpasına yardım edib”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri