26 
Noy
2020
12:56
634
13
1198
Virtual karabakh

Deputat: “Fransa Senatının qətnaməsini düşmənçilik aktı kimi qiymətləndirməliyik”

26 Noy, 2020
12:56
1198

Deputat: “Fransa Senatının qətnaməsini düşmənçilik aktı kimi qiymətləndirməliyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vaxtilə rəhmətlik Heydər Əliyev Fransanın ATƏT-in Minsk Qrupunda olmasına etiraz edirdi. Fransa tərəfi isə dedi ki, ədalətli olacaqlar”.

Report xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, Fransada çoxlu sosial problemlər var:

“Onlar cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq istəyirlər. Biz Fransa Senatı ilə bütün əlaqəmizi kəsməliyik. Fransa senatının qəbul etdiyi qətnaməni düşmənçilik aktı kimi qiymətləndirməliyik”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri