26 
Noy
2020
16:12
420
9
1093
Virtual karabakh

Azərbaycan və İndoneziya XİN başçıları arasında telefon danışığı olub

26 Noy, 2020
16:12
1093

Azərbaycan və İndoneziya XİN başçıları arasında telefon danışığı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İndoneziya Respublikasının Xarici İşlər naziri Retno Marsudi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıblar.

Birgə bəyanatın bölgədə dayanıqlı sülh və inkişafın təmin edilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Nazirlər, həmçinin, ölkələr arasındakı ikitərəfli münasibətləri müzakirə edib, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə dair fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri