27 
Noy
2020
13:12
555
8
3126
Virtual karabakh

“Ermənistan keçmişdəki müharibəyə, Azərbaycan isə gələcək müharibəyə hazırlaşmışdı” - MÜSAHİBƏ

27 Noy, 2020
13:12
3126

“Ermənistan keçmişdəki müharibəyə, Azərbaycan isə gələcək müharibəyə hazırlaşmışdı” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağdakı müharibə bitdi və nə qədər çox zaman keçirsə, erməni tərəfdən bir o qədər çox təfərrüatlar və etiraflar ortaya çıxır.

Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyanın Ermənistan ordusundakı kütləvi fərarilikdən, İrəvanın “İsgəndər” operativ-taktiki raket kompleksindən (OTRK) istifadəsinə və sair məqamlara dair səs-küylü açıqlamalar oldu.

Media.Az-a verdiyi müsahibədə, Rusiyanın aparıcı hərbi ekspertlərindən biri, Rusiya siyasi və hərbi analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixi Ermənistan hərbi rəhbərliyində təmsil olunan şəxslərin açıqlamalarını şərh edib, döyüş əməliyyatlarının nəticələri ilə bağlı fikirlərini bölüşüb.

- Müharibə hərbi nöqteyi-nəzərdən nəyi göstərdi?

- Ermənistan keçmişdəki müharibəyə, Azərbaycan isə gələcək müharibəyə hazırlaşmışdı. Buna görə bir sözlə ifadə etsək, Azərbaycan qalib gəldi.

- İndi döyüş əməliyyatları ilə bağlı yeni təfərrüatlar ortaya çıxır. Ermənistan silahlı qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri Movses Akopyanın mətbuat konfransını xatırlamaq kifayətdir. O bildirdi ki, Ermənistan müharibə zamanı “İsgəndər” operativ-taktiki raket kompleksindən (OTRK) istifadə edib. Əgər bu həqiqətdirsə, ballistik raketlərin istifadəsinə bəraət qazandırılır?

- Bu, müharibədir və heç bir formal məhdudiyyət olmayıb. Ermənistanın müharibədə öz iştirakını etiraf etməməsi isə başqa məsələdir. Ancaq biz axı başa düşürük ki, “Qarabağ ordusu”nda “İsgəndər” ola bilməzdi.

- Azərbaycanın paytaxtının sakinləri 9 noyabrda eşidilən partlayışları yaxşı xatırlayırlar. Qeyri-rəsmi məlumatlara görə, KİV-lərin də xəbər verdiyi kimi, Bakının ətrafına raket və ya raketlər vuruldu.

- Anladığım qədərilə “İsgəndər”lə Bakıdakı neft obyektlərinə atəş açılıb. 100 faiz iddia edə bilmərəm, amma görünür, məhz belə olub. Gəncəyə isə R-17 raketi (NATO təsnifatına görə “Elbrus” operativ-taktiki raket sisteminə daxil olan ballistik raket – “SCUD B” - red)  atılıb.

- Məni Ermənistan Müdafiə Nazirliyinin Movses Akopyanın açıqlamalarına verdiyi reaksiya heyrətləndirdi. Keçmiş yüksək rütbəli hərbçinin ifadələrinin həqiqətə uyğun olmadığını, eyni zamanda dövlət sirrini ehtiva etdiyini açıqladı. Bu necə mümkündür?

- (Gülür) Bəli, bu gülünc səslənir. Hərçənd nəzərə almaq lazımdır ki, Movses Akopyan bir neçə açıqlama verdi. Bəlkə də haradasa dövlət sirri pozulub, digər məqamda isə həqiqət olmayıb. 

- Azərbaycanın aktiv istifadə etdiyi pilotsuz uçuş aparatlarının rolu barədə nə düşünürsünüz? Onların rolları şişirdilmir ki? Axı Şuşa, pilotsuz təyyarələrin dəstəyi olmadan, Azərbaycan xüsusi təyinatlıları tərəfindən geri alındı.

- Pilotsuz təyyarələr erməni əsgərlərinə çox güclü psixoloji təsir göstərdi, onlar Azərbaycanın havadakı hökmranlığını təcəssüm etdirirdilər. Eyni zamanda, fikrimcə, Ermənistan ordusu ən böyük itkini Azərbaycan topçuları tərəfindən istifadə edilən reaktiv yaylım atəşləri nəticəsində verdi.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri