27 
Noy
2020
17:32
538
29
5516
Virtual karabakh

Prezidentdən məişət zorakılığı ilə mübarizəyə dair SƏRƏNCAM

27 Noy, 2020
17:32
5516

Prezidentdən məişət zorakılığı ilə mübarizəyə dair SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Sərəncamla təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir;

Həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri