28 
Noy
2020
14:31
915
27
4296
Virtual karabakh

Niya Amira: “İndoneziya birmənalı olaraq Azərbaycanın tərəfindədir” - MÜSAHİBƏ

28 Noy, 2020
14:31
4296

Niya Amira: “İndoneziya birmənalı olaraq Azərbaycanın tərəfindədir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biz İndoneziyada birmənalı olaraq Azərbaycanın tərəfindəyik.

Bu sözləri Media.Az-a müsahibəsində indoneziyalı jurnalist, publisist, şair Niya Amira ölkəsinin Azərbaycanla bağlı mövqeyindən bəhs edərkən deyib.

O, ölkələr arasında ikitərəfli münasibətlərin ən yüksək səviyyədə olduğunu xatırladaraq bunda İslam amilinin müəyyən rol oynadığını bildirib, hər iki dövlətin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzvü olduğunu xatırladıb.

Müsahib bununla belə Cakartanın Azərbaycana dəstəyini yalnız dini aspektdə olmadığını qeyd edib:

“Burada ölkənizin xarici təcavüzdən əziyyət çəkməsi də mühüm rol oynayır. Hökumətimiz xarici təsirlərdən azad olmaq siyasətinə sadiqdir. Bir millət olaraq, böyük güclərin iradəsindən asılı olmayaraq, beynəlxalq problemlərə münasibətimizi və fikirlərimizi müəyyənləşdirməkdə sərbəstik. Beləliklə, ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən danışarkən, deyə bilərəm ki, İndoneziya birmənalı olaraq Azərbaycanın tərəfindədir”.

O, ölkəsində Dağlıq Qarabağdakı vəziyyətin diqqətlə izləndiyini, bütün proseslərin mediada geniş işıqlandırıldığını vurğulayıb.

“Biz azərbaycanlılardan çox narahat idik və uzunmüddətli münaqişənin Azərbaycanın qələbəsi ilə həll olunmasına sevindik”, - deyə o bildirib.

Niya Amira həmçinin, 2018-ci ildə Azərbaycanda cəbhəyanı ərazilərdə olduğunu, Cəbrayıl qaçqınları ilə söhbət etdiyini deyərək, Cocuq Mərcanlıya səfərindən, Horadizdə Aprel şəhidləri abidəsini ziyarət etməsindən danışıb.

“Sonra cəbhə bölgəsində xidmət edən hərbçilərin xidmət şəraiti ilə tanış olduq, cəbhə xəttindən çox uzaq olmayan mövqeləri ziyarət etdik. Gənc əsgərlərə baxanda, onların həyatlarını yalnız sevdikləri ölkəyə həsr etməyə deyil, bunun üçün canlarından keçməyə hazır olduğunu gördüm”, - deyə o, sözlərini yekunlaşdırıb.

Azərbaycanın İndoneziyadakı səfiri Ruslan Nəsibovla Cakartada 153 saylı orta məktəbdə təhsil proqramı zamanı 

İndoneziyanın orta məktəblərindən birində Azərbaycana həsr olunmuş tədbir

Bakı

Cocuq Mərcanlı

Qarabağa həsr edilmiş şeir

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri