Dek
2020
16:07
463
13
1365
Virtual karabakh

Yaşar Niyazbəyev: “ABŞ Türkiyənin Qafqazdakı rolunu zəiflədə bilməyəcək” - MÜSAHİBƏ

1 Dek, 2020
16:07
1365

Yaşar Niyazbəyev: “ABŞ Türkiyənin Qafqazdakı rolunu zəiflədə bilməyəcək” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq atdığı addımlara əsasən, deyə bilərik ki, Ankaranın Vaşinqtonla yaxınlaşmaq arzusu var.

Bunu Media.az-a müsahibəsində Türkiyə üzrə mütəxəssis, “MK-Türkiyədə”nin baş redaktoru Yaşar Niyazbəyev bildirib. O, bu yaxınlarda artıq hakimiyyətini təhvil verməyə hazırlaşan Tramp Administrasiyasından ABŞ Dövlət katibi Mayk Pompeonun Türkiyəyə getməsini xatırlatdı.

“Türkiyənin heç bir yüksək rütbəli dövlət adamı onunla görüşmədi. Belə çıxır ki, Ağ Evin hazırkı rəhbərliyi ilə bəzi fikir ayrılıqları var və bu, Ankaradan Co Baydenin gələcək rəhbərliyinə bir növ mesaj ola bilər”, - deyə o, əlavə etdi.

Ekspert yeni hökumətdə Dövlət Katibi vəzifəsi vəd olunan Entoni Blinken barədə fikirlərini də bölüşüb. Onun sözlərinə görə, Blinken Co Baydenin yanında olan peşəkar diplomatdır. Bununla belə Baydenin Türkiyəyə qarşı sanksiyaların tərəfdarı olduğunu unutmamağa çağırdı.

“Co Bayden Aya Sofya Məscid Muzeyinin əvvəlki statusunun qaytarılmasına çağırdı. Ancaq bu nonsensdir. Rəcəb Tayyib Ərdoğan belə davranışı qəbul edən adam deyil. Qərar artıq verilib, məhkəmədən keçib, hər şey qanun çərçivəsində edilib. Milyonlarla müsəlman bunu gördü və minlərlə insan Aya Sofya Məscidində namaz qıldı”.

Ekspert bunu Co Bayden tərəfindən populizm adlandırıb.

“Entoni Blinkenin açıqlamalarında Ankaraya qarşı mənfi münasibəti görməyə gəlincə isə, mənə elə gəldi ki, Vaşinqton ilə Ankara arasında müəyyən kompromis formaları təyin olunur. Hər halda nəzərə alınmalıdır ki, bütün bu bəyanatlar səs toplamaq üçün seçki yarışı zamanı edilib. Türklərin bir məsəli var: “Subayın boşanması asandır”. Prezident olmadığınız zaman sərt açıqlamalar vermək asandır. İndi isə Türkiyənin nə qədər dəyərli bir müttəfiq və tərəfdaş olduğunu düşünməliyik. Amerikalılar bunu nəzərə alırlar. Bundan əlavə, Entoni Blinken Co Bayden və Rəcəb Tayyib Ərdoğanın yaxşı tanış olduqlarını, ünsiyyət qurduqlarını vurğulayıb”.

Niyazbəyev nə NATO-nun, nə də ABŞ-ın Türkiyəni itirmək istəmədiyini, Moskvanın isə Qərb müttəfiqlərinin səhvlərindən istifadə edərək Türkiyəni Qərbdən “almağa” fəal şəkildə çalışdığını bildirdi.

Ekspert Qarabağ məsələləri fonunda Türkiyənin Qafqazdakı rolunun nəzərəçarpacaq dərəcədə artmasına da toxundu. O, Türkiyənin rolunun Bakının Ankaranı cəlb etmək istəyi ilə şərtləndiyi üçün zəifləməyəcəyini vurğuladı.

“Əlbəttə, Vaşinqton regiona qayıdacaq, ancaq Türkiyənin təsirini azaltmağa müvəffəq olmayacaq. Əksinə, amerikalıların Ankaranın imkanlarından istifadə etmək üçün onunla əməkdaşlıq etməsinə heç bir şey mane olmur”, - deyə o, vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri