Dek
2020
23:35
395
18
1104
Virtual karabakh

Ceyhun Bayramovun qətərli həmkarı ilə telefon danışığı olub

1 Dek, 2020
23:35
1104

Ceyhun Bayramovun qətərli həmkarı ilə telefon danışığı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş Nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığı baş tutub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər. Qətər xarici işlər naziri 10 noyabr 2020-ci il tarixində birgə bəyanatın imzalanmasını alqışlayıb və bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nazirlər, həmçinin ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələr arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri