Dek
2020
10:52
365
14
5912
Virtual karabakh

Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfəri məsələsinə XİN-dən SƏRT REAKSİYA

“Azərbaycan ərazisinə, o cümlədən, onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır”. 

Bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan KİV-lərində Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də, burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqlarına dair xarici mediada gedən fikirlərə cavab olaraq deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlərlə bağlı rəsmi mövqeyi bəllidir:

“Bu mövqe dəyişməz olaraq qalır. Azərbaycan ərazisinə, o cümlədən, onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır.

Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri