Dek
2020
15:13
419
15
2133
Virtual karabakh

Rusiyalı deputat: “Ermənistanda millətçi hisslərin qızışdırılması yaxşı heç nə ilə nəticələnməyəcək”

3 Dek, 2020
15:13
2133

Rusiyalı deputat: “Ermənistanda millətçi hisslərin qızışdırılması yaxşı heç nə ilə nəticələnməyəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ müharibəsinin sona çatması ilə bağlı 10 noyabr tarixli üçtərəfli bəyanat icra olunur. Bunu Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan xalqına müraciətində bildirib.

Rusiya Federasiyası Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Media.Az-a bununla bağlı şərh verib. Onun sözlərinə görə  son 30 ilə yaxın müddətdə ilk dəfə Qarabağ torpağına sülhün gəldiyini söyləmək mümkündür.

Moskvanın aparıcı vasitəçilik roluna gəldikdə isə Dmitri Savelyev qeyd etdi ki, Rusiya Federasiyasının geosiyasi rəqibləri belə bunu etiraf edirlər.

“Xatırladım ki, Fransa senatorlardan biri açıq şəkildə dedi: vəziyyət Minsk formatı ilə deyil, tərəflər üçün məqbul müqavilə təklif edən Rusiya tərəfindən həll edildi. Əlbəttə ki, tərəfləri hələ mürəkkəb danışıqlar gözləyir, lakin həm Dağlıq Qarabağın özündə, həm də əvvəllər işğal olunmuş rayonlarda həyat normala dönür. Qaçqınlar qayıdır, Rusiya sülhməramlıları sayəsində ərazilərin minalardan təmizlənməsi işləri aparılır və mütəxəssislər tibbi yardım göstərmək üçün ucqar yaşayış məntəqələrinə gedirlər”, - deyə o, vurğulayıb.

Müsahib Rusiyanın münaqişənin beynəlxalq hüquq nöqteyi-nəzərindən sülh yolu ilə həll etmək cəhdlərində hər zaman Azərbaycanı dəstəklədiyini xatırlatdı.

“İndi isə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin Dağlıq Qarabağ ermənilərinə bu torpaqda təhlükəsiz yaşayış təmin olunacağına dair zəmanətlərinə əsaslanaraq, Ermənistanla yeni əlaqələr qurmaq niyyətini dəstəkləyir”, - deyə deputat əlavə edib.

Dmitri Savelyev münaqişənin həllində iştirak etməyən, günlər sonra isə yola düşən qatara “tullanmağa” cəhd edən Qərbin reaksiyasına (Fransa Senatının Qarabağdakı separatçı quruluşu tanımağı tövsiyə etdiyi qərarı xatırlamaq kifayətdir) da münasibət bildirib.

Onun sözlərinə görə, hazırda regionda siyasi vəziyyəti göz önündə dəyişdirən hadisələr baş verir və digər ölkələrin özlərini tarix səhifələrinə yazmaq istəyi olduqca başa düşüləndir.

“Ayrı-ayrı siyasətçilərin dünya xəritəsindəki “qaynar nöqtələrdən” birinin real yoxa çıxması deyil, öz ambisiyalarının maraqlanmasına (hansı ki, buna görə sönmüş kömürə üfürməyə hazırdırlar) gəlincə isə bu başqa məsələdir. Aydındır ki, Ermənistanda millətçi hisslərin qızışdırılması yaxşı heç nə ilə nəticələnməz və bu istiqamətdəki qətnamələr düşünmə qabiliyyəti olan insanlardan dəstək tapa bilməz”, - deyə deputat sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri