Dek
2020
11:48
513
16
2925
Virtual karabakh

Denis Kislov: “Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildi”

4 Dek, 2020
11:48
2925

Denis Kislov: “Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail məntiqə əsaslanaraq Qarabağdakı Azərbaycanın qələbəsi ilə başa çatan müharibəni obyektiv təhlil etdi.

Bu barədə Ukrayna-İsrail politoloqu, Yaxın Şərq üzrə ekspert, Dövlət İdarəetmə Elmləri Doktoru, “LLC Corporate Research and Consulting International Bureau”nun rəhbəri Denis Kislov Media.Az-a açıqlamasında deyib.

Xatırladaq ki, oktyabr ayının əvvəllərində nəşrə verdiyi müsahibəsində o Azərbaycanın qələbə çalacağını demişdi.

“Qeyd etmək istərdim ki, İsraildə bölgədə baş verənlər diqqətlə izlənildi. Vəziyyət təhlil edildi.  Həm bizim, həm də türklərin pilotsuz təyyarələrinin özlərini necə göstərdiyi təhlil edildi. Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll olundu. Aydındır ki, Azərbaycan ordusu əks hücuma hazır idi, erməni tərəfi isə müharibəyə ümumiyyətlə hazır deyildilər. İndi Ermənistan bir küncə sıxışdırılıb”, - Denis Kislov deyib.

Həmsöhbətimizin sözlərinə görə, Türkiyə bölgədəki mövqeyini gücləndirdi, halbuki 10 noyabrda bəyanatı imzalayan üç dövlətin mövqeyində bununla bağlı müəyyən məhdudiyyətlər var idi:

“Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya Qarabağ düyününün açılmasına kömək etdi və indi Cənubi Qafqazdakı mövcudluğunu bir daha göstərərək sülhü dəstəkləyir və təmin edir. Qərb ölkələrinə gəldikdə, onların vəziyyəti yaxşı başa düşmədikləri aydın oldu və bu səbəbdən 10 noyabrdakı üçtərəfli açıqlama Qərbi təəccübləndirdi”.

“Qərbin hazırkı gecikmiş reaksiyası Rusiyanın hərəkətlərinin operativliyi və hadisələrin bu cür dəyişməsinə hazır olmaması ilə əlaqəli idi. Qərbdə hərbi münaqişənin uzun müddət davam edəcəyini düşünürdülər, buna görə məsələnin həlli formasını tapmaq üçün kifayət qədər vaxt olacaqdır. Onların hesablamaları özünü doğrultmadı. Buna görə də Qərb ölkələrinin “gedən qatar”a tullanmaq cəhdi bu qədər yöndəmsiz görünür. Artıq çox gecdir. Fransa və Belçikada Qarabağın müstəqilliyinin tanınmasına dair danışılan bütün təşəbbüslər havada qaldı. Onlar sülhməramlılıq prosesinə heç bir şəkildə təsir edə bilməyəcəklər”, - Denis Kislov qeyd edib.

O, eyni zamanda NATO rəhbərliyinin da toxunub: “İndi, zəif nöqtələrə dəqiq “iynələr” istifadə edirlər, məsələn, Ermənistanın zəifliyini, xüsusən də müharibədə məğlubiyyət üzündən milli qürurunun zəifliyini yaradan nöqtələrdən istifadə etdikləri kimi. Ümumiyyətlə, mənə elə gəlir ki, Rusiya, Türkiyə və Azərbaycan digər xarici oyunçuların - ABŞ, Fransa, Almaniya və digərlərinin təsirini artırmaqda maraqlı deyillər. İrəvan isə bu ölkələri cəlb etmək istəyir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri