4 
Dek
2020
17:12
768
18
7573
yuxarı
Səfir XİN-ə çağırıldı: Azərbaycan Fransaya nota verdi - RƏSMİ
Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.
Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.
Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.
Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.
Bizimlə əlaqə saxlayın
Digər Siyasət xəbərləri
22 
Yan
2021
22:02
Leyla Əliyevadan valideynlərinin evlilik ildönümü ilə bağlı paylaşım - FOTO
570
116
7382
21 
Yan
2021
22:15
Azərbaycan və Türkmənistanın XİN başçıları regional əməkdaşlığı müzakirə etdiblər
303
9
1072
21 
Yan
2021
21:30
Türkmənistan Prezidenti Azərbaycanla münasibətləri yüksək qiymətləndirib
642
49
1666
21 
Yan
2021
16:11
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - YENİLƏNİB + FOTO/VİDEO
681
65
9351