Dek
2020
13:47
561
23
13401
Virtual karabakh

Ərdoğanın Bakı səfəri ilə bağlı planlarında dəyişikliklər olub

8 Dek, 2020
13:47
13401

Ərdoğanın Bakı səfəri ilə bağlı planlarında dəyişikliklər olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bu gün deyil, sabah gələcək.

Bu barədə TRT xəbər yayıb.

Bildirilir ki, bu Türkiyə dövlət başçısının Qarabağdakı atəşkəsdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşü olacaq.

Qeyd edilir ki, Prezident Ərdoğanın Bakı səfəri iki gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək, atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

İki lider, atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti və Birgə Mərkəz üçün fəaliyyətləri müzakirə edəcəklər.

Bundan başqa danışıqlar zamanı Ankara və Bakının birlikdə atacağı addımlarla bağlı qiymətləndirmələr də həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri