12 
Yan
2021
16:15
467
155
1206
Virtual karabakh

Xalq-Ordu-Prezident vəhdəti: Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyilə hər şeyə qadirdir - MÜRACİƏTLƏR

12 Yan, 2021
16:15
1206

Xalq-Ordu-Prezident vəhdəti: Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyilə hər şeyə qadirdir - MÜRACİƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı erməni qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.

Müraciət edənlərin sözlərinə görə, 44 günlük müharibədə Xalq-Ordu-Prezident vəhdəti dünyaya sübut etdi ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə hər şeyə qadirdir. Vətəndaşların cənab Prezidentə inamı, güvəni sonsuzdur.

Müraciətlərdə qeyd edilir ki, Müzəffər Ali Baş Komandan hər bir azərbaycanlının əbədi qürur mənbəyidir.

Vətəndaşlar xüsusilə vurğulayırlar ki, ölkəmiz Ali Baş Komandanın sayəsində tarixə şanlı hərflərlə Qələbə sözünü yazıb.

Vətəndaşlar müraciətlərində bildirirlər ki, Ali Baş Komandan Qarabağ nisgilini ürəyimizdən silib, bizi göylərə qaldırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri