15 
Yan
2021
16:24
29
327
2092
Virtual karabakh

Putin Təhlükəsizlik Şurasına Qarabağ danışıqlarının nəticələrinin müzakirəsini təklif edib

15 Yan, 2021
16:24
2092

Putin Təhlükəsizlik Şurasına Qarabağ danışıqlarının nəticələrinin müzakirəsini təklif edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqların nəticələrini müzakirə etməyi təklif edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Mən sizi Azərbaycandan və Ermənistandan olan həmkarlarımla görüşün nəticələri barədə qısaca məlumatlandırmaq və bu mövzuda bir az danışmaq istəyirəm”, - deyə o, bildirib.

Putin RF Xarici İşlər naziri Sergey Lavrovun da hesabatla çıxış edəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, yanvarın 11-də Moskvada Putin, Əliyev və Paşinyan arasında danışıqlar aparılıb. Danışıqlardan sonra Rusiya lideri üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi İşçi Qrupunun yaradıldığını elan etdi. İşçi Qrupu yaxın gələcəkdə Dağlıq Qarabağın inkişaf planlarını təqdim etməlidir.

İclasda RF Baş naziri Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Prezident Administrasiyasının katibi Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Daxili İşlər naziri Vladimir Kolokoltsev, Xarici İşlər naziri Serqey Lavrov, Müdafiə naziri Serqey Şoyqu, FTB direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkin, prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Serqey İvanov iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri