15 
Yan
2021
16:42
397
19
3275
Virtual karabakh

Ərdoğan ABŞ-ın yeni prezidentindən gözləntilərini açıqladı - VİDEO

15 Yan, 2021
16:42
3275

Ərdoğan ABŞ-ın yeni prezidentindən gözləntilərini açıqladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı Türkiyə - ABŞ  münasibətlərindəki gözləntiləri ilə bağlı sualı cavablandırarkən belə deyib:

“Bizim müdafiə sənayesi istiqamətində atacağımız addımları heç bir ölkə müəyyən edə bilməz. Bu tamamilə bizim alacağımız qərarlardan asılıdır. Bu anadək biz Rusiya ilə S-400-lərin birinci partiyasını razılaşdırmışıq. Hazırda silahların ikinci hissəsinin alınması üzrə danışıqlar gedir. Məsələ ilə bağlı Rusiya tərəfi ilə ayın sonunda görüşlərimiz olacaq. Təkcə müdafiə sənayesi ilə bağlı deyil, digər məsələlər barədə də müzakirələr aparacağıq. Bayden hökumətinin nə deyəcəyini bilmirik. Tramp zamanında olduğu kimi, biz addımlarımızı bir yerdən izin alaraq atmırıq. Biz bir NATO ölkəsiyik. NATO-da birlikdə olduğumuz ölkələrin bizə istiqamət verməsini əsla qəbul edə bilmərik. Bizim F35-lər məsələmiz var. Böyük məbləğ ödədiyimiz halda, F35-lər hələ də verilməyib. Bu Amerikanın müttəfiq ölkə olaraq, bizə qarşı etdiyi çox ciddi bir səhvdir. Gözləntim odur ki, hörmətli Bayden ilə müsbət addımlar atacayıq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri