22 
Yan
2021
10:45
410
24
4532
Virtual karabakh

Rusiyalı hərbi ekspert: “Müharibədən sonra Azərbaycan daha da gücləndi”

22 Yan, 2021
10:45
4532

Rusiyalı hərbi ekspert: “Müharibədən sonra Azərbaycan daha da gücləndi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşanın keçmiş “meri” Artsvik Sarkisyan Ermənistanın Şuşanı necə “qaytara” biləcəyi ilə bağlı plan açıqlayıb. Onun fikrincə, bunun üçün daha güclü olmaq, ultra-modern silahlar əldə etmək, səmanı bağlamaq və mütəşəkkil bir ordu qurmaq kifayətdir. Sözlərdə bu çox asan görünür. Bəs Ermənistan buna nail ola biləcəkmi? Bu proses nə qədər vaxt və pul tələb edir?

Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin Media.Az-a verdiyi müsahibəsində Ermənistanda revanşist hisslərin mövcudluğunun təbii olduğunu bildirib:

“Bakı qanuni olaraq Azərbaycana məxsus olan Qarabağın qaytarılması üçün 26 il gözləyib. Ermənistanda isə bu əraziləri özlərinki hesab edirlər. Deməli, siyasi baxımdan İrəvanın verdiyi açıqlamalar təəccüb doğurmamalıdır”, - deyə hərbi ekspert vurğulayıb.

Onun sözlərinə görə, hərbi komponentə gəlincə, Ermənistan hədəflərinə çatmaq üçün Azərbaycandan güclü olmalıdır.

“Ancaq buna necə nail olmaq olar - bilmirəm. Fikrimcə, bu, Azərbaycanın Ermənistandan daha çox resursa sahib olmasına, həmçinin iqtisadi vəziyyətinin daha güclü olmasına görə real deyil. Bakı hərbi baxımdan da İrəvandan əhəmiyyətli dərəcədə üstündür. Ən əsası isə müharibənin nəticələrinə görə, Azərbaycan əvvəlkindən də güclü oldu. Bu səbəbdən Ermənistanın Azərbaycanı necə ötüb keçə biləcəyini heç anlamıram”, - deyə Xramçixin vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri