25 
Yan
2021
12:18
213
5
2198
Virtual karabakh

Qreq Vayner: “Erməni lobbisi ABŞ-da o qədər də güclü olmadı” - MÜSAHİBƏ

25 Yan, 2021
12:18
2198

Qreq Vayner: “Erməni lobbisi ABŞ-da o qədər də güclü olmadı” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftənin ən böyük qlobal hadisəsi ABŞ-ın 46-cı prezidenti olan Cozef Baydenin andiçmə mərasimi oldu. O, beynəlxalq aləmdə ABŞ-ın hörmətini qaytaracağına söz verdi, Birləşmiş Ştatlar postsovet məkanında baş verən hadisələri aktiv şəkildə şərh etməyə başladı, Vaşinqton Rusiya ilə münasibətlərdə “yenidən yüklənməni” istisna etdi və ABŞ-ın gələcək dövlət katibi Entoni Blinken Azərbaycana münasibətdə də oxşar bir şey dedi.

Eyni zamanda, ABŞ-ın özündə də vəziyyət çox çətindir, “solçular” Co Baydenə qarşı etirazlar  keçirdi, halbuki “solçular” ABŞ-ın yeni prezidentinin elektoratı hesab olunurdu. ABŞ Administrasiyası hansı problemlərlə qarşı-qarşıyadır və Vaşinqtondan hansı xarici siyasi addımları gözləyə bilərik? Media.Az-ın bugünkü qonağı amerikalı siyasi analitik Qreq Vaynerdir:

- Co Baydenin hazırda iki böyük problemi var. Birincisi, Donald Trampa səs verən təxminən 75 milyon seçicidir. Onlar etirazçı elektoratdır. Bayden birliyə çağırdı, amma ən azı ilk vaxtlar ABŞ-da bu mümkün olmayacaq. İkinci problem maliyyədir. ABŞ-ın yeni prezidenti seçki kampaniyası dövründə çox söz verdi. Bunların necə yerinə yetirilə biləcəyi barədə heç bir fikrim yoxdur. Məsələn, pulsuz təhsil və pulsuz tiblə əlaqəli vədlər onlarla trilyon dollara başa gələ bilər. Təbii ki, ölkədə bu pul yoxdur. Hətta heç yerdə yoxdur. Bu vəziyyətdən o, necə çıxacaq?

Demokratik Prezident Co Bayden Senat və Konqres üzərində nəzarətə sahibdir, lakin bu həmişə müsbət demək deyil, çünki vədlərini yerinə yetirməmək üçün “rıçaqların” əlçatmazlığına istinad edə bilməyəcək.  Nəsə etmək onsuz da lazımdır və bu hansısa  səliqəli addımlar olmalıdır. ABŞ fond birjalarında səhmlərin dəyəri hazırda təxminən 40 trilyon dollardır. Yeni rəhbərliyin hər hansı bir diqqətsiz hərəkəti, səhv qərarı bazarları çökdürə bilər.

Donald Tramp prezidentliyi dövründə bir çox amerikalıya pul qazanma imkanı verdi. O, hakimiyyətə gəldikdən sonra Dou-Cons indeksi (dünyanın ən böyük fond indekslərindən biri - red.) 18 000 səviyyəsində idi, hazırda isə 30 000-i keçib. Dörd ildən az bir müddətdə birjada oynayan insanlar təxminən 60% daha zəngin olublar.

Bayden bu dövrü dəfn edə bilər. O, yeni vergilər, yeni maliyyə məhdudiyyətləri tətbiq etməyə hazırlaşır. Bu, xüsusən də koronavirus pandemiyası ilə vəziyyəti nəzərə alsaq iqtisadiyyata çox güclü təsir edə bilər. Bundan əlavə o, amerikalılara daha bir neçə trilyon dollar paylamaq istəyir. Beləliklə, təkrar edirəm, yeni administrasiyanın qarşısında iki vacib məsələ durur - maliyyə və Trampın razı salınmalı olan elektoratı.

- Yeni prezident beynəlxalq aləmdə ABŞ-a olan hörməti qaytaracağını vəd etdi. Bunu deyərkən nə nəzərdə tutulur?

- Burada hər şey sadədir - liderlik. ABŞ həm Avropa İttifaqının, həm də Asiya-Sakit okean bölgəsinin lideri olmalıdır. Ancaq düşünürəm ki, burda bu “nömrə keçməyəcək”. Amerikalılar NATO daxil olmaqla hər kəs üçün pul ödəyirdilər. Ancaq indi Birləşmiş Ştatlar bunu etmək vəziyyətində deyillər. Dollarla dəstəklənməyən böyük xarici siyasət Co Bayden üçün böyük feyk ola bilər.

- Məgər ABŞ üçün “pul maşınını” işə salmaq çətindir, hansı ki, uzun illər bununla məşğul olublar? Buyurun, bu da hədsiz miqdarda yeni dollarlar…

- Düşünürəm ki, hazırkı maliyyə naziri Canet Yellen ilə bu o qədər də asan olmayacaq (onun praqmatik və proqnozlaşdırılan maliyyə siyasətinə sadiq olduğu düşünülür - red.)

- Donald Tramp dövründə ABŞ xarici siyasətində bir qədər sakitlik hökm sürürdü. Müharibələr olmadı, Birləşmiş Ştatlar postsovet dövlətlərinin işlərinə çox da müdaxilə etmədi. İndi hər şey dəyişəcəkmi? “Demokratiyanı təşviq etmək”, LGBT cəmiyyətlərinin hüquqları və Trampdan əvvəl olan bütün ideyalar yenidənmi səslənməyə başlayacaq?

- Xüsusilə ABŞ-da Dövlət katibi Entoni Blinken fiqurunu nəzərə alsaq, düşünürəm ki, bəli. ABŞ-ın Ukrayna, Gürcüstan və Moldovaya dəstəyi artacaq.

- Bəs Cənubi Qafqaz? Gürcüstan haqqında danışdınız, bəs Azərbaycan və Ermənistan? Co Bayden administrasiyasının Qarabağda Vətən müharibəsinin nəticələri ilə bağlı mövqeyi necə olacaq?

- Bu, çox maraqlı bir vəziyyətdir. Nüfuzuna baxmayaraq, erməni lobbisi o qədər də güclü olmadı və Tramp administrasiyasının Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ciddi şəkildə dəyişdirə bilmədi. Hansı bəyanatlar səslənəcəyindən asılı olmayaraq, düşünürəm ki, Co Bayden Administrasiyasına əhəmiyyətli dərəcədə təsir etmək mümkün olmayacaq.

- İndi də Türkiyə məsələsi barədə. İki ziddiyyətli fikir var. Birincisi, Bayden dövründə Ankara ilə Vaşinqton arasındakı münasibətlər yaxşılaşacaq. İkincisi, daha da mürəkkəbləşəcək...

- Bir tərəfdən Dövlət katibi Entoni Blinkenin mövqeyi çox sərtdir. Türkiyənin Rusiyadan S-400 komplekslərini alması ABŞ-a əl vermir, bu səbəbdən Türkiyə nəsə bir şey etməli olacaq. Eyni zamanda, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə ABŞ yönlü açıqlamalar verib. Beləliklə, həm Ankara, həm də Vaşinqton çevik siyasət yürüdəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri