26 
Yan
2021
12:42
171
10
833
Virtual karabakh

Rusiyalı politoloq: “Xəzəryanı ölkələr bir-birilərini anlayırlar, çətin vaxtlar artıq geridə qalıb”

26 Yan, 2021
12:42
833

Rusiyalı politoloq: “Xəzəryanı ölkələr bir-birilərini anlayırlar, çətin vaxtlar artıq geridə qalıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı politoloq, “Kapiyskiy Vestnik” informasiya-analitik portalının redaktoru Vladislav Kondratyev Media.Az-a müsahibəsində istənilən birgə layihənin ölkələri bir-birinə daha da yaxınlaşdırdığını diqqətə çatdırıb. Odur ki, politopol “Azərbaycanla Türkmənistan arasında, o cümlədən hasil olunan karbohidrogenlərin nəqli məsələsində də qarşılıqlı anlaşmanın daha çox olacağını bildirib.

Transxəzər boru kəmərinə gəldikdə isə həmsöhbətimizin fikrincə, burada irəliyə doğru addım atılacağını gözləmək olar:

“Ancaq həm Azərbaycanın, həm də Türkmənistanın Xəzər dənizinin dibindən çıxarılan karbohidrogenin nəqli üçün bir çox magistral xəttinin olduğunu nəzərə almalıyıq. Qərb ekspert dairələri Azərbaycan və Türkmənistanın Xəzərin dibi boyunca kiçik birləşdirici boru kəmərləri çəkə biləcəyi fikrində idi. Bu, əlbəttə ki, Transxəzər boru kəməri olmasa da, ancaq yenə də ölkələri bir-birinə bağlayacaq magistraldır. Ola bilsin ki, gücü daha az olacaq, lakin dövlətlər öz mövcud neft-qaz infrastrukturlarını birləşdirə biləcəklər”.

Ekspertin sözlərinə görə, burada əsas məsələ ekologiyadır.

“Ancaq heç kim boru kəmərinin tikintisinə şiddətlə qarşı çıxmayacaq. Çətin günlər artıq geridə qaldı. Mən SSRİ-nin dağılmasından sonrakı ilk onilliyi nəzərdə tuturam. Gərginlik artmayacaq, müəyyən uzun bir proseduru gözləmək lazım gələcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri