26 
Yan
2021
13:33
274
62
18712
Virtual karabakh

Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimdir? - DOSYE

26 Yan, 2021
13:33
18712

Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimdir? - DOSYE

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Rəşad Nəbiyev 1977-ci ildə anadan olub.

1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.

2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışıb.

2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli Sərəncamına əsasən “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilib.

Evlidir. Üç övladı var. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri