26 
Yan
2021
15:00
42
533
1899
Virtual karabakh

Lavrov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla aparılan dialoqun dərinləşməsində maraqlıdır” - VİDEO

26 Yan, 2021
15:00
1899

Lavrov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla aparılan dialoqun dərinləşməsində maraqlıdır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva və Tehran qarşılıqlı şəkildə bir sıra regional məsələlər, o cümlədən də Qarabağdakı vəziyyətlə bağlı dialoqu dərinləşdirməkdə maraqlıdırlar.

TASS-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı ilə danışıqlara başlayarkən bəyan edib.    

Rusiya XİN-in rəhbəri bildirib ki, təmsil etdikləri ölkələrin bölgədəki rolunu nəzərə alaraq, Fars körfəzində təhlükəsizlik, Əfqanıstan probleminin tənzimlənməsi kimi məsələlər üzrə ikitərəfli dialoqu dərinləşdirməkdə hər iki tərəf maraqlıdır və əlbəttə ki, dialoq zamanı Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında razılaşmanın əldə olunmasından sonra bölgədə yaranmış vəziyyət də müzakirə oluna bilər.

“Həmçinin Suriya, Yəmən və Fələstin, eləcə də digər Yaxın Şərq münaqişələri ətrafında iranlı həmkarlarımızla apardığımız fikir mübadiləsi bizim üçün böyük maraq doğurur”, - deyə Lavrov bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri