Fev
2021
14:36
323
16
5402
Virtual karabakh

“Qarabağ ermənilərinə Rusiya pasportu verilməsi barədə açıqlamalar saxtadır” - RUSİYADAN MÜSAHİBƏ

8 Fev, 2021
14:36
5402

“Qarabağ ermənilərinə Rusiya pasportu verilməsi barədə açıqlamalar saxtadır” - RUSİYADAN MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Avropa İttifaqına daxil olmaqda çətinlik çəkir, Rusiya isə “kollektiv Qərb”lə gərgin münasibətdədir. Buna görə də Moskva ilə Ankara arasında əlaqələrin inkişafı qaçılmazdır.

Bunu Rusiya Federasiya Şurası Beynəlxalq İşlər Komitəsinin Ekspert Şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert-analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Media.Az-a verdiyi müsahibədə bildirib.

“Dağlıq Qarabağa gəldikdə, dinamikaya riayət etmək lazımdır. Müharibədəki məğlubiyyətə görə bir növ psixoloji travma alan Ermənistan tərəfində bəzi problemlər görürəm. Türkiyə təbii ki, Azərbaycanın güclü tərəfdaşı kimi çıxış edir və Cənubi Qafqazdakı vəziyyətdə maraqlı tərəfdir. Ankaranın bu bölgəni nə vaxtsa tərk etməsi ehtimalı azdır, bu da Rusiya ilə Türkiyə arasında əməkdaşlığın uzunmüddətli olacağından xəbər verir”, - deyə o qeyd edib.

Nikiforov erməni xalqının İrəvan rəhbərliyinin səhv davranışlarına görə travma aldıqlarını deyib:

“Nikol Paşinyan insanları “müqəddəs müharibəyə” qaldırdı, qələbələrdən danışıldı, amma bunların hamısı heç oldu”.

Rusiyalı ekspert qeyd edib ki, erməni cəmiyyətində bu barədə absurd və səhv açıqlamalar çox olub. Onların bəziləri də Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən “ekzotik” adlandırılaraq rədd edilib.

O, Qarabağdakı ermənilərə Rusiya pasportlarının verilməsi barədə xəbərlərin də saxta olduğunu vurğulayıb:

“İndi də erməni tərəfində Rusiya pasportlarının verilməsi ilə bağlı açıqlamalar var (erməni millətindən olan Qarabağ sakinlərinə - red.), lakin bunlar hamısı saxtadır, onlar gələcəkdə də ortaya çıxacaqlar. Türkiyənin Rusiyaya “rüşvət” verməsi bu cür beynəlxalq saxtakarlıq nümunələrindən biridir. Unutmayın ki, Ermənistanda hələ də ABŞ-ın “kürklü pəncəsi” mövcuddur”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri