24 
Fev
2021
14:36
348
12
1123
Virtual karabakh

Belçikada Xocalı şəhidləri yad edildi - FOTO

Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin üzvləri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçiriblər. Anım mərasimi mövcud pandemiya qaydalarına uyğun təşkil edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belçikanın Ham şəhərində ucaldılmış Qarabağ atı abidəsinin önünə yığışan cəmiyyət üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalının dinc sakinlərinə qarşı xüsusi amansızlıqla törətdikləri kütləvi qırğını insanlığa zidd cinayət adlandırıblar. Dünya tarixinə qara səhifə kimi düşmüş Xocalı soyqırımının heç vaxt unudulmayacağını bildirən Cəmiyyət üzvləri erməni faşizmini hiddətlə pisləyiblər. Onlar bu cür faciələrin təkrarlanmaması üçün dünya birliyini Xocalı soyqırımını törədən cinayətkarların məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüququn tələb etdiyi addımları atmağa çağırıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri