24 
Fev
2021
22:13
435
12
1601
Virtual karabakh

ABŞ-da erməni terrorunu əks etdirən sərgi təşkil olunub - FOTO

24 Fev, 2021
22:13
1601

ABŞ-da erməni terrorunu əks etdirən sərgi təşkil olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Arizona ştatının paytaxtı Finiks şəhərində sərgi təşkil edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Arizona ştatının Kapitoli (Nümayəndələr Palatası) binası önündə – açıq səma altında gerçəkləşdirilən sərgidə erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri  soyqırımını, Azərbaycan və Türkiyə ərazilərində həyata keçirdikləri digər soyqırım və terror aktlarını, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərin bombardman edilməsini əks etdirən fotomateriallar və kitablar nümayiş etdirilib. 

TASFO-nun rəhbəri Fatih Öznür sərgi ilə maraqlanan şəxslərə erməni terrorizmi, ermənilərin törətdikləri dəhşətli cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında ətraflı məlumatlar verib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri