25 
Fev
2021
12:54
306
2
861
Virtual karabakh

Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində anıldı - VİDEO

25 Fev, 2021
12:54
861

Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində anıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə Türkiyə Böyük Millət Məclisində sərgi təşkil edilib.

“Haber Global” məlumat verir ki, anım mərasimində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxış edib.

Ondan sonra çıxış edən Türkiyə parlamentinin sədri Mustafa Şəntop Xocalı soyqırımının dəhşətli səhnələrindən bəhs edib.

“Bu vəhşiliyi fotolarla, rəsmlərlə görmək istəməyən gözlərə, kəlmələrlə eşitmək istəməyən qulaqlara hayqırmağa davam edəcəyik”, - deyə o bildirib.

Şəntop qeyd edib ki, bəşəriyyət tarixinin ən qəddar qətliamlarından biri Xocalıda baş verib:

“Bu il qardaşlarımızı anmaq üçün bir araya gəldik. Soyqırımdan məsul olanlar gec-tez ədalət qarşısında cavab verəcəklər”.

“Vəhşilikdən sonra Xocalıya gedən fransalı jurnalist “Xocalı qətliamının şahidi olduq, cəsədlər arasında qadınlar, qocalar, uşaqlar və şəhərin müdafiəçiləri var idi. Alman nasistlərinin vəhşiliyini oxudum, amma ermənilərin törətdikləri vəhşiliklər onları üstələdilər” deyib”, - deyə Türkiyə parlamentinin sədri qeyd edib.

Şəntop vurğulayıb ki, bütün dünyanın gözləri önündə gerçəkləşməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin göz yumduğu bu vəhşiliyin ağrısını Türkiyə hər zaman ürəyində hiss edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri