25 
Fev
2021
14:42
421
10
2703
Virtual karabakh

Ermənistan minalanmaya yüz milyonlarla dollar vəsait xərclədi, amma Azərbaycanı saxlaya bilmədi

25 Fev, 2021
14:42
2703

Ermənistan minalanmaya yüz milyonlarla dollar vəsait xərclədi, amma Azərbaycanı saxlaya bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ uğrunda ötən ilin payız aylarında başladığı müharibənin bitməsindən dörd ay keçir.

Ermənistan böyük hərbi-texniki üstünlüyə malik olan Azərbaycan ordusunun sürətli hücumunu dayandıra bilmədiyi üçün ağır şərtlər altında sülh bağlamaq məcburiyyətində qaldı.

Bu barədə Rusiyanın “Azad mətbuat” portalı yazır.

Topların səssizliyinə baxmayaraq, münaqişə bölgəsində hərbi və mülki şəxslər ölməyə davam edir. Bunun səbəbi minalanmış sahələridir.

Sülh müqaviləsi bağlandıqdan sonra, bir rusiyalı sülhməramlısı da daxil olmaqla, 50-dən çox insan minaların qurbanı olub.

Bu gün istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində ağır döyüşlərin baş verdiyi bütün ərazilərdə minalardan təmizlənmə işləri aparılır.

Minaların tapılaraq zərərsizləşdirilməsi işinə azərbaycanlı və erməni mütəxəssislər, Rusiya sülhməramlıları və Rusiya Fövqəladə Hallar Nazirliyinin işçiləri, həmçinin türkiyəli istehkamçılar cəlb olunub.

Azərbaycanın nəzarətinə keçən ərazilərdə partlamamış hərbi sursatların sayı xüsusilə çoxdur. Bu ərazilərin minalanması 1990-cı illərin əvvəlindən - birinci Qarabağ müharibəsi dövründən başlayıb və ikinci müharibəyə qədər olan müddət ərzində davam edib.  2016-cı ilin yazında, həmçinin 2020-ci ildə kəskinləşən genişmiqyaslı toqquşmalar son illərdə ərazinin minalanma sürətini artırıb. Görünür, Ermənistan tərəfi anlayırdı ki, böyük müharibə qaçılmazdır.

Ötən ilin noyabrından, döyüş əməliyyatları bitəndən sonra, Azərbaycanın cəmi 27 kvadrat kilometr ərazisini minalardan təmizləmək mümkün olub. Bu kiçik ərazidə gələcəkdə təhlükə yarada biləcək təxminən 40 min hərbi sursat tapılıb.

Söhbət təxminən 30 ildir erməni silahlı birləşmələrinin işğal etdiyi ərazilərdən gedir və bu illər ərzində torpağın demək olar ki, hər qarışı minalanıb. 27 kvadrat kilometrlik təmizlənmiş kiçik bir ərazidə tapılan mərmilərin ümumi dəyəri 3 milyon dollara çatır.

İstehkamçıların hesablamalarına görə, artıq təmizlənmə işlərinin aparıldığı və ya gələcəkdə bu işlərin aparılması planlaşdırılan ərazilərdə təxminən 4,5 milyona yaxın mina basdırıla bilər. Mütəxəssislərin fikrincə, erməni tərəfinin qoyduğu minaların ümumi dəyəri 340 milyon dollara çata bilər.

Yerli miqyasda bu astronomik bir məbləğdir - belə çıxır ki, işğal illərində Ermənistan 2020-ci il üçün hərbi büdcənin 50% -ni, rəsmi valyuta ehtiyatlarının 15% -ni və ya dövlət büdcəsinin 10% -ni Azərbaycan ərazilərinin minalanmasına xərcləyib.

Ötən ilki müharibənin nəticəsi bu xərclərin faydasız olduğunu göstərdi. Məlum oldu ki, Azərbaycanın havada mütləq üstünlüyü şəraitində ərazilərin geniş miqyasda minalaması erməni silahlı qüvvələrinə kömək etmədi. Azərbaycanlı xüsusi təyinatlılar mobil qruplarla düşmənin yüz milyonlarla dollar xərc çəkərək qurduğu müdafiə səddini kiçik müddət ərzində yarıb keçərək Qarabağa nəzarəti bərpa etdilər.

Ermənilərdən “miras qalan” minalanmış sahələr, əsasən Azərbaycanın nəzarəti bərpa etdiyi və bütün bu illər ərzində Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlarda əsas sövdələşmə elementi olaraq istifadə edilən Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ərazisində yerləşir.

Ermənistanın keçmiş liderləri bu rayonların Azərbaycana qaytarılması məsələsini müzakirə etməyə hazır olduqlarını nümayiş etdirərək, eyni zamanda ölkənin hərbi büdcəsinin əhəmiyyətli hissəsini bu ərazilərin minalanmasına sərf edirdilər.

Onlardan sonra Nikol Paşinyanın timsalında hakimiyyətə gələn rəhbər şəxslər sözügedən rayonların qaytarılması məsələsini ümumiyyətlə müzakirə etməkdən imtina edərək müharibənin alovlanmasına və nəticədə əvəzində heç bir şey əldə etmədən bu əraziləri itirdilər.

Qarabağdakı sonuncu silahlı münaqişəsi nəticəsində təsdiq olundu ki, son otuz ildə minalanma sahəsinə xərclənən yüz milyonlarla dollar vəsaiti elm, təhsil və səhiyyə sahələrinə yatırılması daha effektiv olardı.

Bu gün isə onlar sözün əsl mənasında torpağa basdırılıb və bir qayda olaraq müharibə ilə əlaqəsi olmayan insanların həyatlarını məhv etməyə davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri