25 
Fev
2021
14:24
120
12
917
Virtual karabakh

Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən elmi konfrans keçirildi - FOTO

25 Fev, 2021
14:24
917

Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən elmi konfrans keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın İordaniyadakı Səfirliyinin təşəbbüsü və Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar İsgəndərovun, eləcə də işçi qrupun üzvləri - Məlahət İbrahimqızı, Fazil Mustafa və Ceyhun Məmmədovun, eləcə də İordaniyanın sabiq baş naziri, Senatın sabiq sədri Tahir əl-Masri (məhz onun sədr olduğu zaman 2013-cü ilin 19 iyun tarixində Senat tərəfindən Xocalı soyqırımına dair bəyanat qəbul edilib), Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Cavad əl-Həməd, o cümlədən İordaniya, Yarmuk, əl-İsra və Muta Universitetlərinin bir sıra professor, doktor və tələbələrin və SSRİ və müstəqillik dövründə Azərbaycanın ali təhsil ocaqlarında oxumuş bəzi İordaniya vətəndaşlarının iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib.

Səfirlikdən bildirilib ki, 48 qonağın iştirak etdiyi və 2 saat 40 dəqiqə davam edən konfransda Səfirliyin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov, millət vəkilləri, eləcə də T.Əl-Masri, C.Əl-Həməd, Yarmuk Universitetinin professoru Həni Həyəcineh, doktoru Əymən Həyəcineh, İordaniya Universitetinin doktoru Zeydun əş-Şaraa, əl-İsra Universitetinin rektorunun xarici əlaqələr üzrə köməkçisi xanım Ğeydə Əbu Rummən və tarixçi Ömər əl-Armuti çıxış ediblər.
Çıxışlarda Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə erməni uydurma və yalanları fonunda, Xocalı faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılma prosesinə start verilib. Məhz ulu öndərin təşəbbüsü ilə 1993-cü ildən 26 fevral Xocalı qətliamı günü kimi qeyd edilir.

Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına start verilib və bu kampaniya təbliğatın intensivləşdirilməsi işinə böyük töhfə verib. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin istər regional, istərsə də qlobal müstəvidə təbliği işində mühüm rolu, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında 26 fevral 2019-cu ildə Bakıda xalq yürüşünün əhəmiyyəti xüsusi qeyd edilib.

Natiqlər 19 iyun 2013-cü il tarixində Xocalı soyqırımı ilə əlaqədar İordaniya Senatı tərəfindən bəyanatın qəbul edildiyinə görə, Senatın o vaxtkı sədri T.Əl-Masriyə və ümumiyyətlə, ölkəmizin haqq işini müdafiə etdiklərinə görə, İordaniyalı tədbir iştirakçılarına təşəkkürünü ifadə ebidlər.
Milli Məclisin üzvləri çıxışlarında, Azərbaycan-İordaniya əlaqələrinin Azərbaycan Prezidenti İlham Əliyevi və İordaniya Kralı Əlahəzrət II Abdullahı birləşdirən qardaşlıq münasibətlərinə söykəndiyini və qardaş İordaniya ilə, eləcə də parlamentlər arasında əlaqələri inkişaf etdirmək arzusunda olduqlarını diqqətə çatdırıblar.

Öz növbəsində, İordaniya tərəfindən iştirak edən qonaqlar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Vətən müharibəsində qazanılmış tarixi zəfər münasibətilə Azərbaycan tərəfini ürəkdən təbrik edib, döyüşlərdə həyatını itirmiş şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan şəfa diləyiblər. Virtual elmi konfransda çıxış edən iordaniyalı mütəxəssislər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçdiyini vurğulayıb, Xocalı soyqırımını pisləyib və bu bəlanın bir daha təkrarlanmayacağına dair əminliklərini ifadə ediblər.

Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Cavad əl-Həmd Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsinin dünya siyasi və hərb tarixində öyrənildiyini diqqətə çatdırıb, müharibə dövründə Azərbaycan rəhbərliyinin diplomatik və hərbi siyasətini yüksək qiymətləndirib.

Yekunda konfrans iştirakçıları ikitərəfli əlaqələrin inkişafına dair öz fikirlərini səsləndiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri