25 
Fev
2021
16:39
150
13
3221
Virtual karabakh

Rusiyadan müsahibə: “Hazırda Ermənistanda çoxlarını maraqlandıran Qarabağda revanş deyil...”

25 Fev, 2021
16:39
3221

Rusiyadan müsahibə: “Hazırda Ermənistanda çoxlarını maraqlandıran Qarabağda revanş deyil...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda nə baş verir, bu ölkədə hansı qütb qazanacaq - Njde tərəfdarları, yoxsa Azərbaycan və Türkiyə ilə sülh tərəfdarları? Qarabağda ermənilərin revanş cəhdi mümkündürmü?

Rusiya Siyasi və İqtisadi Kommunikasiya Agentliyinin (APEC) aparıcı analitiki Mixail Neyjmakov Media.Az-a müsahibəsində bu barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu və ya digər formada cəlb olunduğu uğursuz hərbi münaqişədən, yaxud digər böyük siyasi sarsıntılardan sonra ictimaiyyətin revanş tələbinə hakim olması üçün dövlətə kifayət qədər müddət tələb olunur. Ekspert bunun dünya təcrübəsində də dəfələrlə göründüyünü bildirib.

Analitik GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin məlumatlarını da diqqətə çatdıraraq, sorğuda iştirak edənlərin çox əhəmiyyətli bir hissəsinin (15-17 fevral 2021-ci il tarixinə qədər 38,8 faiz) Nikol Paşinyanın baş nazir postunu qoruyub saxlamalı olduğuna inandığını xatırladıb.

“Bu nəticələr onu göstərir ki, indi Ermənistanda çoxlarını Qarabağda revanş maraqlandırmır, onlar vəziyyətin daha da pisləşə biləcəyindən qorxurlar”, - deyə müsahib əlavə edib.

M.Nejmakov ictimaiyyətin bu cür qorxularının, təkcə Ermənistan sərhədləri yaxınlığındakı vəziyyətlə əlaqədar deyil, həm də ölkədə dərinləşən siyasi böhran vəziyyətində daha da güclənəcək daxili problemlərlə bağlı olduğunu vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri