25 
Fev
2021
16:49
597
25
5819
Virtual karabakh

İlham Əliyev Ermənistanın müharibədəki itkilərini açıqladı

25 Fev, 2021
16:49
5819

İlham Əliyev Ermənistanın müharibədəki itkilərini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Qarabağ müharibəsində təqribən 6-7 min işğalçı məhv edilib.

Bunu Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib.

Ölkə başçısı bildirib ki, onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib.

“Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqət ilə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”, - deyə Prezident söyləyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan ordusunda onların özlərinin etirafına görə 10 mindən çox fərari olub.

“İndi Ermənistan dövləti bilmir ki, bu fərariləri necə mühakimə etsin. Çünki bu da böyük problemlərə gətirib çıxara bilər. Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri