26 
Fev
2021
14:32
301
11
1134
Virtual karabakh

Prezident: “Ermənistanın dinc əhalisi ilə Azərbaycan Sərhəd Qoşunları arasında heç bir gərginlik yoxdur”

26 Fev, 2021
14:32
1134

Prezident: “Ermənistanın dinc əhalisi ilə Azərbaycan Sərhəd Qoşunları arasında heç bir gərginlik yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir məsələni qeyd edə bilərəm ki, hazırda Şərqi Zəngəzurda, Zəngilanda sərhədyanı ərazilərdə - hansı ki, işğaldan azad olunub, orda Azərbaycan ordusu yoxdur. Sözügedən ərazidə Azərbaycanın Sərhəd Qoşunları var”.

Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Ölkə başçısının sözlərinə görə, həmin ərazidə Ermənistanın hər hansı dinc əhalisi ilə Azərbaycan Sərhəd Qoşunları arasında heç bir gərginlik yoxdur:

“Biz dövlətlərarası sərhədi keçmədik. Bəzi kəndlər hansı ki, onların bəzi hissəsi Azərbaycan ərazisində yerləşir, orada heç bir insident yaşanmır. Çünki orada Ermənistan ordusu yoxdur. Biz öz sərhədimizdə dayanmışıq. Ermənistanın Türkiyə, İranla sərhədi Rusiya Sərhəd Qoşunları tərəfindən mühafizə olunur. Biz o ərazilərdə Ermənistanın dinc əhalisinə qarşı heç bir addım atmırıq. Əksinə, Ermənistan şəhərlərini birləşdirən 20 kilometr uzunluğu olan yol Azərbaycan ərazisindən keçir və onlar bu yoldan yararlana bilirlər. Biz həmin yolda “Azərbaycana xoş gəlmişsiniz” yazılı bir lövhə asmışıq. Mən anlamıram, nəyə görə bu, Ermənistanda qıcıq yaradır? Orada nəqliyyat vasitələri ilə hərəkət edənlər görməlidir ki, Azərbaycana daxil olur”.

“Bizə məxsus olanı özümüzə qaytarmışıq. Biz göstəririk ki, sözlərimiz və addımlarımız eynidir”, - deyə İlham Əliyev bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri