26 
Fev
2021
16:33
406
10
2649
Virtual karabakh

Ərdoğandan Xocalı mesajı: “Ermənistan şəxsiyyətini açıq şəkildə ortaya qoyur” - VİDEO

26 Fev, 2021
16:33
2649

Ərdoğandan Xocalı mesajı: “Ermənistan şəxsiyyətini açıq şəkildə ortaya qoyur” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanda siyasi vəziyyətlə bağlı açıqlamalar verib.

“Haber Global” məlumat verir ki, o, hər cür çevrilişə qarşı olduqlarını deyib:

“Çevrilişi qəbul etməyimiz xüsusilə mümkün deyil.

Bunu burada açıq şəkildə deməliyəm, əsgərin müdaxilə edərək çevrilişə cəhdi qəbuledilməzdir. Məsələ burasındadır ki, idarəetmə dəyişikliyi olarsa, bunu Ermənistan xalqı edər. Artıq erməni xalqı buradakı rəhbərlik və idarəetmədən bezmiş vəziyyətə düşüb. Xalq artıq özü Paşinyanı hakimiyyətdən salacaq vəzyyətdədir”.

Xocalı soyqırımını anan Türkiyə lideri ermənilərin yüzlərlə günahsız insanı qətlə yetirməsini kəskin qınayıb:

“Bir gecədə tanklarla, toplarla hücuma keçərək, Xocalıda insanların qətlə yetirilməsi qəbuledilməzdir. Bununla Ermənistan şəxsiyyətini açıq şəkildə ortaya qoyur”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri