26 
Fev
2021
16:46
25
475
3813
Virtual karabakh

Putin Təhlükəsizlik Şurası ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

26 Fev, 2021
16:46
3813

Putin Təhlükəsizlik Şurası ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin bu gün ölkəsinin Təhlükəsizlik Şurası ilə keçirdiyi operativ iclasda Dağlıq Qarabağdakı yaşayış məntəqələri ətrafındakı vəziyyəti müzakirə edib.

Bu barədə “İzvestiya” məlumat yayıb.

“Bu gün biz Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanmasını müzakirə edəcəyik.

Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyinin, sərhədçilərimizin necə işlədikləri və bu sahədə beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla əməkdaşlığın necə getdiyi barədə qiymətləndirmələrinizi dinləmək istərdim”, - deyərək Rusiya lideri iclası açıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri