27 
Fev
2021
09:47
232
7
1341
Virtual karabakh

Peru Konqresindən Xocalı soyqırımı ilə bağlı BƏYANAT - FOTO

27 Fev, 2021
09:47
1341

Peru Konqresindən Xocalı soyqırımı ilə bağlı BƏYANAT - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peru Konqresində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.

Bəyanat Peru Konqresində fəaliyyət göstərən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Gilyermo Aliaqanın təşəbbüsü ilə qəbul edilib.

Sənəddə 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində soyqırım törədildiyi, bu zaman uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının qətlə yetirildiyi, bu soyqırımının beynəlxalq səviyyədə dəfələrlə qınandığı, bu xüsusda, 2013-cü ildə Peru Konqresi tərəfindən də rəsmi qaydada tanındığı bildirilir.

Azərbaycan üçün ağrılı bir səhifə olan Xocalı faciəsinə Perunun da laqeyd qalmadığını qeyd olunur və bu amansız qətliamın bir daha heç bir dövlətin tarixində təkrarlanmaması, eləcə də dünyada azadlıq, ədalət və həmrəyliyin bərqərar olması üçün xalqlarımızın birgə çalışmalı olduğu deyilir.

Sonda Xocalı soyqırımının 29-cu ildönümü və bu qanlı faciənin qurbanlarının yad edilməsi ilə bağlı Azərbaycan xalqına başsağlığı ifadə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri