Mar
2021
17:03
193
13
742
Virtual karabakh

Qırğızıstanın xəbər portalları Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransının tam mətnini yayımlayıb

1 Mar, 2021
17:03
742

Qırğızıstanın xəbər portalları Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransının tam mətnini yayımlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstanın “goldenbridgenews.com” və “turkeltoday.info” portalları AZƏRTAC-ın “Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib” sərlövhəli materialının tam mətnini yayımlayıb.

AZƏRTAC xəbər verir ki, “goldenbridgenews.com” portalı Azərbaycan Prezidenti İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavab verdiyini bildirib.

Portal yazır: “Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb”.

Sayt xarici jurnalistlərin Füzuli və Cəbrayıl rayonlarında erməni vandallarının dağıtdığı şəhər və kəndləri öz gözləri ilə görməsi, Füzulidə beynəlxalq hava limanının tikildiyi məkana getmələri ilə bağlı da informasiya verib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri